<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>171</hymn_number>
<lyrics>[V1]
 Töküldü çarmıxda Müqəddəs Qanı,
 Qanı xilas edər hər bir insanı.
 Gəl, ey insan, tövbə et Allahı tanı,
 Qoy dilin iqrar etsin Məsih İsanı.

[C1]
   İsadır günahkarları sevən,
   Bizimçün əzabla çarmıxda ölən,
   Əbədi həyatı bizlərə verən,
   Odur insanları xilas eyləyən.

[V2]
 «Vaxta hələ var» deyə rahat olmayın,
 «Günahsızam» deyib, siz aldanmayın.
 Bu fani dünyaya arxalanmayın,
 Gecikib xilasdan məhrum olmayın.</lyrics>
<title>Töküldü çarmıxda Müqəddəs Qanı İL171</title>
</song>